![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Goldman Sachs investisiya bankı biznesin zəifləməsindən dolayı böyük işçi ixtisarına hazırlaşır.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, ixtisar bankın qlobal işçi qüvvəsinin 8%-ə, yaxud təxminən 4.000 nəfərə qədər işçisinə təsir edəcək.
İxtisarların növbəti ildən başlayacağı güman edilir, ancaq investisiya bankından isə məsələ ilə bağlı vəziyyəti şərh etmək istəməyiblər.
Lakin bankın CEO-su David Solomon isə son aylarda iqtsadi hesabatlara diqqət ayırır və təkrar-təkrar deyir ki, müştərilər daha ayıq olub və mühit onları qiymət azalmalarına baxmağa sövq edir.
Goldman-ın 2022-ci ilin 9 ayında mənfəəti 20% enib, 2021-ci ildə isə əksinə biznesi özünün ən yaxşı dövrlərini yaşayırdı. Gəlirlərdə də kəskin enmə müşahidə edilir.
Qeyd edək ki, dünya miqyasında bankın təxminən 49.000-ə yaxın işçisi var və ilin əvvəlindən isə artıq yüzlərlə iş yerini ixtisar edib.