Xam neft və təbii qazın qiymətləri ilə bağlı son məlumatları təqdim edirik.
BBN.az Banklar və Biznes nəşri Bloomberg-ə istinadən xəbər verir ki, WTI xam neftinin 1 barrel-ə görə qiyməti 0.47 dollar, yaxud 0.60% artaraq 78.76 dollara ticarət edilir.
Bloomberg-də olan son məlumata görə Brent xam nefti isə 0.39 dollar, yaxud 0.47% yüksələrək 82.59 dollara satılır. Təbii qazın qiymətləri isə 0.25 dollar, yaxud 4.59% artaraq 5.58 dollara ticarət edilir.
Brent xam neftinin qiyməti ilə bağlı proqnoz isə budur ki, 2022-ci ilin IV rübündə 1 barrelinə görə 93 dollar, 2023-cü ildə isə 95 dollar olacaq.