Home » “Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

“Siemens Energy” şirkətinin nümayəndəsi ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Almaniyanın “Siemens Energy” şirkətinin nümayəndəsi Dr. Yaşar Musayevlə görüşüb.

Cavid Abdullayev Azərbaycanda bərpa olunan enerji sahəsində icra edilən layihələr barədə ətraflı məlumat verib. Hidrogen enerjisinin tətbiqi, bu istiqamətdə beynəlxalq şirkətlərlə bağlanmış müqavilələr, ölkəmizdə dənizdə külək enerjisinin yüksək potensialının yaşıl hidrogen istehsalında istifadəsi imkanları haqqında danışıb.

Daha sonra Yaşar Musayev təqdimatla çıxış edib. Dünyada yaşıl hidrogen istehsalı, sənayedə hidrogenin alınma üsulları, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan layihələr və texnologiyalar haqqında geniş məlumat verib.

Sonda qarşılıqlı müzakirələr aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.