Home » Ötən il Energetika Nazirliyi tərəfindən 155 icazə verilib

Ötən il Energetika Nazirliyi tərəfindən 155 icazə verilib

by bbnadm
0 comments 0 views 1 minutes read

2022-ci ilin 4-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə 51 icazə verilib. Bu icazələrdən 38-i ixrac nəzarətinə düşən malların idxalı, 2-i ixracı, 11-i isə tranziti ilə bağlı olub.

Ümumilikdə 2022-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyi tərəfindən 155 icazə verilib ki, bunlardan 127-ni ixrac nəzarətinə düşən malların idxalı, 8-ni ixracı, 20-ni isə tranziti ilə bağlı icazələr təşkil edib.

 Hesabat dövründə bütün icazələrin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.