Home » Almaniya deyir ki, artıq Rusiya enerjisindən asılı deyil

Almaniya deyir ki, artıq Rusiya enerjisindən asılı deyil

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Almaniya artıq Rusiyadan enerji təchizatının idxalından asılı deyil”.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Maliyyə naziri Dünya İqtisadi Forum-u (World Economic Forum) çərçivəsində BBC-yə deyib.

Christian Lindner bildirib ki, Almaniya 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra özünün enerji infrastrukturunu müxtəlifləşdirib.

Bu hücumdan sonra Rusiya özünün təbii qaz axınını Avropa üçün dayandırmışdı və bu isə qışda regionun enerji ilə təchizatı məsələsini sual altında qoyurdu.

Onun sözlərinə əsasən Almaniya yeni enerji resursları tapmışdır: “Əlbəttə biz hələ də enerji idxalından asılıyıq, ancaq bu Rusiyadan deyil, qlobal bazarlardandır”, – deyə o, sözlərinə əlavə edib.

İsveçrə, Davosda təşkil edilən Dünya İqtisadi Forum-unda (World Economic Forum) nazir bildirib ki, Almaniyada 8 ayda yeni, maye təbii qaz terminalı tikilmişdir: “Daha çox investisiyalar isə planlaşdırılmışdır”.

Daha əvvəl isə Almaniya özünün təbii qaz ehtiyatının yarısını, neftin isə 1/3-ni Rusiyadan idxal edirdi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.