Home » Pərakəndə ticarət dövriyyəsi 3,1% artmışdır

Pərakəndə ticarət dövriyyəsi 3,1% artmışdır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2022-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 4,0 faiz artmışdır.

2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyriərzaq mallarının alınmasına sərf olunmuşdur.

2022-ci ildə pərakəndə ticarət dövriyyəsinin strukturu 2022-ci ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,0 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

2021-ci illə müqayisədə 2022-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,2 faiz, fərdi sahibkarlar üzrə 3,0 faiz, bazar və yarmarkalarda 4,2 faiz artmışdır.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manatlıq, o cümlədən 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları almışdır.     

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.