![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
İnflyasiya ilə qlobal mübarizə və Rusiyanın Ukraynadakı hərbi əməliyyatları iqtisadi aktivliyə təsir etməyə davam edir. Eləcə də COVID-19 ilə əlaqəli Çində qapanmalar da 2022-ci ildə, qlobalda inkişafa mane olmuşdu. Lakin son 3 ildən sonra Çində qapanmaların aradan qaldırılması və sərhədlərin əcnəbilər və yerli əhali üçün açılması gözləntidən daha tez iqtisadi sağalma vəd edir.
IMF-dən bildirilib ki, 2023-cü ildə qlobal inflyasiya 2022-ci ildəki 8.8%-dən 6.6%-ə, 2024-cü ildə isə 4.3%-ə enəcək. Ancaq bu rəqəmlər pandemiyadan əvvəlki (2017-19) rəqəm olan 3.5%-dən yenə də yüksəkdir.
IMF-nin 2023-cü ilin yanvar ayında yenilənmiş regionlar üzrə inkişaf proqnozunu təqdim edirik. Qeyd edək ki, təsvirdə regionlar üzrə real Ümumi Daxili Məhsul (ÜDM) istehsalı faizlər ilə göstərilmişdir.
![](https://bbn.az/wp-content/uploads/2023/01/1675134001754-1-1024x576.jpg)