Home » Əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı MƏLUMAT

Əhaliyə xidmət üzrə nağd pul ofisinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı MƏLUMAT

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında təşkil olunan əhaliyə xidmət üzrə “Nağd pul ofisi” həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.

Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə təşkil olunan xidmət kassasının fəaliyyət günlərinin sayı artırılmışdır.

Belə ki, 01 fevral 2023-cü il tarixindən etibarən əhaliyə xidmət üzrə müvafiq “Nağd pul ofisi” həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcəkdir.

Vətəndaşlar qeyd edilən ünvanda yerləşən xidmət kassasına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.