Home » Bakıda “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib

Bakıda “Networking Azerbaijan” Biznes Klubunun növbəti tədbiri keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub. 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, Agentliyin bu sahədə dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir. Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar. KOBİA-nın təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif tədbirlər sahibkarların şəbəkələşməsinə öz töhfəsini verməkdədir. Keçirilən tədbirlər zamanı sahibkarlar və digər maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.