![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Yanvarda ABŞ əmək bazarına 500.000 (daha dəqiq 517.000) iş yeri əlavə edilib və bu isə ekspertlərin gözləntilərindən (proqnoz 187.000 idi) çoxdur. Ölkədə işsizlik dərəcəsi isə son 50 (1969-cu il) ildən çox bir müddətə ən aşağı səviyyədədir və 3.5%-dən 3.4%-ə enib. Bu yaxşı xəbər olsa da, ABŞ Mərkəzi Bankının (FED) inflyasiyanı aşağı salmaq ilə bağlı cəhdləri ilə üst-üstə düşmür”.
BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, ölkə prezidenti Joe Biden isə açıqlamasında deyib ki, daha çox insan əmək bazarına daxil olur və yeni iş yerləri axtarır.
Qeyd edək ki, texnologiya sektorunda bir çox nəhəng adlar işçi ixtisarına getsə də əmək bazarına yanvarda daha çox iş yerinin əlavə edilməsi bu sektordan bir çox işsizlərin başqa sahələrə getməsinə səbəb olur və onlar çox asanlıqla iş tapırlar.