Home » “Marketinqin əsasları və satışın təşkili” və “Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə” mövzularında təlimlər keçiriləcək

“Marketinqin əsasları və satışın təşkili” və “Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə” mövzularında təlimlər keçiriləcək

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Fevralın 11-də KOBİA-nın Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Marketinqin əsasları və satışın təşkili” və “Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə” mövzularında təlimlər keçiriləcək.

Saat 10.00-da keçiriləcək “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlimdə marketinq nədir, brend anlayışı və onun marketinqdə əhəmiyyəti, kommunikasiya əməliyyatları, satış və onun təşkili prosesi, “B2C”, “B2B” və “B2G” satışın təşkili ilə bağlı məlumat veriləcək. 

Saat 15.00-da təşkil olunacaq “Bizneslər üçün sosial şəbəkələrdən düzgün istifadə” təlimində isə “Facebook”da reklam qaydaları, reklamların şəxsi profildən və ya biznes menecerdən yerləşdirilməsi, “İnstagram” reklamlarında vacib məqamlar, targetinq nədir və necə qurulur məsələlərinə dair iştirakçılara məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. 

Hər iki təlim “Bakı KOB evi”ndə keçiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər. Təlimlər ödənişsizdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.