Çərşənbə axşamı ABŞ-da vacib inflyasiya data-ları açıqlanıb, belə ki, yanvarda illik inflyasiya 0.5% artıb, 2022-ci ilin son ayında, yəni dekabrda isə artım 0.1% idi və inflyasiya isə 6.5% olub. Son rəqəmlər isə proqnozlardan daha çox olub.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, nəticədə illik əsasda inflyasiya 6.4%-ə yüksəlib, bu rəqəm isə yenə də 2022-ci ilin iyun ayındakı pik rəqəmdən, yəni 9.1% daha az hesab edilir.
Rəqəmlər isə ABŞ Mərkəzi Bankının (FED) inflyasiya ilə mübarizə aparmaq üçün etdiyi səyləri fonunda gəlib, belə ki, 2022-ci ilin martından bu yana Bank əsas faiz dərəcələrini ardıcıl olaraq 8-ci dəfə artırmışdı. Buna səbəb isə 2022-ci ilin yayında inflyasiyanın son 41 ilin ən yüksək səviyyəsinə çatmağı olmuşdu.