Home » Mərkəzi Bankın sədri Taleh Kazımov Tacikistan və Qazaxıstanda işgüzar səfərdədir

Mərkəzi Bankın sədri Taleh Kazımov Tacikistan və Qazaxıstanda işgüzar səfərdədir

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 fevral–2 mart 2023-cü il tarixlərində Tacikistan və Qazaxıstan mərkəzi bankları, Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi, həmçinin Astana Beynəlxalq Maliyyə Mərkəzinin rəhbərliyi ilə görüşlərin keçirilməsi məqsədilə işgüzar səfərə yola düşmüşdür.

Səfər çərçivəsində Tacikistan Milli Bankının sədri Hokim Xoliqzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan və Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilmişdir.

Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.