Home » Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici flayerlər hazırlanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici flayerlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

“Aqrar emal fəaliyyəti və kənd təsərrüfatı məhsullarının istehsal sahəsi üzrə əlavə vergi təşviqləri verilmişdir”, “Azadolma və güzəştlərin əhatə dairəsi genişləndirilmişdir”, “Kommersiya və (və ya) vergi sirri hesab olunmayan məlumatların siyahısı genişləndirilmişdir”, “İdxal ediləcək mallar barədə məlumat formasını təqdim edən subyektlər dəqiqləşdirilmişdir”, “Dövlətə və ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilmişdir”, “Maliyyə sanksiyalarında dəyişikliklər edilmişdir”, “Nəzarət olunan xarici müəssisə barədə”, “Sosial xarakterli güzəştlər artırılmışdır”, “Xaricdən əldə olunan gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti artırılmışdır”, “Bank hesabları üzrə aparılan əməliyyatlar barədə”,  ““ƏDV geri al” sistemində dəyişikliklər edilmişdir”, “Müəssisənin nizamnamə fonduna əsas vəsaitin pay şəklində qoyulması ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunacaqdır”, “Sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququnun saxlanılması halları dəqiqləşdirilmişdir”, “Nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilmişdir” adlı flayerlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar verilib. Bundan başqa, “Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin apardığı tibb xidmətləri üzrə yeni tələblər müəyyən edilmişdir”, “Texnologiyalar parklarının rezidentlərinə mühüm güzəştlər verilmişdir”, “Elektron ticarətin vergiyə cəlb edilməsi mexanizmi formalaşdırılacaq”, “Vergi ödəyicilərinin vəzifələrində dəyişikliklər edilmişdir” adlı flayerlər də hazırlanıb.

Flayerlərlə tanış olmaq üçün bu keçiddən istifadə edə bilərsiz: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.