Home » “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına davam edilir

“Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına davam edilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Mühasiblər İctimai Birliyinin “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsinin icrasına davam edilir. Belə ki, layihə çərçivəsində ilk təlim Qəbələ rayonu, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 10 nəfərin iştirakı ilə təşkil olunmuşdur.

Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

Təlimə başlamazdan öncə, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyevanın çıxışından sonra Qəbələ dövlət peşə təhsili mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək təlim üçün Mərkəzin seçilməsi və Mərkəzin tələbələrinin təcrübəli kadr kimi yetişdirilməsinə dəstək olduğu üçün Gənc Mühasiblər İctimai Birliyinə öz təşəkkürünü bildirmişdir.

Təlim zamanı:

-Karyera haradan başlayır?

-Peşə yoxsa peşəkar?

-Sən də mühasib ola bilərsən

-Mühasibat uçotu nədir?

-Maliyyə hesabatları və hesablar planı

-Maya dəyərinin hesablanması.

mövzuları tədris olunmuşdur.

Təlimin sonunda iştirakçılar Gənc Mühasiblər İctimai Birliyi tərəfindən sertifikatla təltif edilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.