Home » Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya mərkəzinə qoşulur

Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya mərkəzinə qoşulur

by bbnadm
0 comments 0 views 0 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağının nümayəndələri EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya mərkəzinin tətbiqinə dair keçirilən onlayn görüşdə iştirak ediblər.

Görüşdə Şərq Tərəfdaşlığı ölkələrindən olan əlaqəli qurumlar iştirak edib. Sessiya zamanı e-ticarət konsultasiya mərkəzinin əsas məqsədi, keçiriləcək təlimlər və bizneslərin əldə edəcəyi imkanlar müzakirə olunub.

Qeyd edək ki, proqram e-ticarət sahəsinin inkişafını sürətləndirmək, bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlara dəstək imkanı yaradır.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.