Home » EU4Digital təşəbbüsü ilə Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb

EU4Digital təşəbbüsü ilə Azərbaycan şirkətləri üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı (DTH) tərəfdaşlığı və EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi öz fəaliyyətinə başlayıb. Yerli şirkətlər üçün nəzərdə tutulan ilk təlim baş tutub.

Layihə çərçivəsində keçiriləcək təlimlərə qatılmaq üçün beş yerli şirkət müəyyən olunub. Təlimlərdə avropalı ekspertlər tərəfindən Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It kimi nəhəng e-ticarət platformalarının iş prinsiplərinin real nümunələrlə tədris olunması nəzərdə tutulub.

Qeyd edək ki, layihənin başlıca məqsədi Avropa və Şərq Tərəfdaşlığı ölkələri arasında elektron ticarət sahəsi üzrə təcrübə mübadiləsinin aparılmasıdır. Təlimlər 2023-cü ilin mart, aprel və may aylarını əhatə edir. Təlimlərin sonunda iştirakçılar beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, loqistika imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarına dair bilik və bacarıq əldə edəcəklər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.