Home » Milyarder Warren Buffett ABŞ Mərkəzi Bankını idarə edə bilərmi? – Özündən açıqlama

Milyarder Warren Buffett ABŞ Mərkəzi Bankını idarə edə bilərmi? – Özündən açıqlama

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Berkshire Hathaway-in (BRK) rəhbəri, milyarder çərşənbə günü CNBC-yə müsahibəsində maraqlı açıqlama ilə gündəmə gəlib.

BBN.az xəbər verir ki, o, deyib ki, “Mən düşünmürəm ki, ABŞ Mərkəzi Bankını (FED) Jerome Powell kimi idarə edə bilərəm”.

O, əlavə edib ki, bütün FED rəhbərləri kimi Powell üçün də çətinliklər var və sən hərəkət etməlisən: “Sən Amerika cəmiyyəti üçün hədsiz bir məsuliyyət götürməlisən. Əlbəttə, bu o demək deyil ki, iqtisadi tənəzzülü dayandırmalısan, yaxud pis kreditləri yaxşıya dəyişəcəksən və s. Ancaq sistemin işləməsini davam etdirməlisən”, – deyə Berkshire Hathaway-in rəhbəri əlavə edib. 

Həmçinin Buffett-in hazırkı FED sədri haqqında xoş sözlər deməsi ilk hal deyil. Belə ki, 2021-ci ildə Berkshire Hathaway-in illik toplantısı çərçivəsində o, demişdir ki, pandemiya zamanı Powell Amerika iqtisadiyyatını “dirildib”.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.