Home » “TamKart alış-veriş Festivalı” başlandı!

“TamKart alış-veriş Festivalı” başlandı!

by bbnadm
0 comments 0 views 1 minutes read

ABB-nin dəstəyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) təşkilatçılığı ilə “TamKart alış-veriş Festivalı” başlanır. Aprelin 25-ə qədər davam edəcək festival Bakıdakı böyük alış-veriş mərkəzlərini, eləcə də şəhərin bir çox mağazalarını əhatə edəcək.

Festivala ABB-nin partnyoru olan 50-dən çox brend qatılıb. Beləliklə, müştərilər 200-dən çox mağazada festival fürsətlərindən faydalanaraq istədikləri malları xüsusi endirimlərlə alacaqlar.

Brenddən asılı olaraq müştərilərə ticarət məkanlarında 50%-ə qədər endirim veriləcək. Bundan başqa, ABB də festival zamanı Bankın bütün kart sahiblərinə ödənişlərindən 5% keşbek qazandıracaq. TamKartlılarla yanaşı, ABB-nin bütün kart sahiblərinin bu fürsətdən yararlanmaq imkanı var. TamKart sahibləri isə 6 ayadək faizsiz taksit imkanından da faydalanacaqlar.

ABB-dən kartı olmayan müştərilər bu fürsəti qaçırmamaq üçün  onlayn sifariş verib çox qısa müddətə kart əldə edə bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.