Home » Qeyri-sabit hava şəraitinə görə Aqrar Sığorta Fonduna 92 müraciət daxil olub

Qeyri-sabit hava şəraitinə görə Aqrar Sığorta Fonduna 92 müraciət daxil olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Son üç gündə Aqrar Sığorta Fondunun 1651 saylı Çağrı Mərkəzinə qeyri-sabit hava şəraitinə görə fermerlərdən 92 müraciət daxil olub.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, bəzi bölgələdə leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri nəticəsində meyvə bağlarına, əkin sahələrinə zərər dəyib. Təsərrüfatlarını sığorta etdirmiş fermerlər dəymiş zərərin müəyyən edilməsi üçün Aqrar Sığorta Fonduna müraciət edirlər. Müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır.

Fermerlərin müraciətləri dərhal qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunurlar. Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq.

Fermerlərlə imzalanmış aqrar sığorta müqaviləsinə əsasən, təsərrüfatını sığortalanmış şəxs müqavilə üzrə baş vermiş sığorta hadisələri barədə hadisə baş verəndən 10 gün ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Bitkiçilik üzrə sığorta müqavilələrində dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri kimi sığorta hadisələri üzrə fermerlərə dəymiş zərərin ödənilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.