Home » Polşa ilə enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Polşa ilə enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov ilə “PKN Orlen” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Daniel Obaytek arasında görüş olub.

Görüşdə “PKN Orlen” Şirkətlər Qrupunun fəaliyyət istiqamətləri, xam neftin tədarükü üzrə SOCAR ilə mövcud əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. “PKN Orlen” Şirkətlər Qrupunun Azərbaycan ilə müxtəlif sahələrdə geniş əməkdaşlığa marağı ifadə edilib.

Söhbət zamanı Azərbaycanın Avropaya qaz tədarükünün artırılması, həmçinin “yaşıl enerji”nin yeni infrastrukturlarla nəqli üzrə Avropa İttifaqı ilə  tərəfdaşlıq əlaqələri, həmçinin  həyata keçirilən bərpa olunan enerji layihələri barədə məlumat verilib.  Polşa şirkətləri ilə əməkdaşlıq üçün perspektiv istiqamətlər diqqətə çatdırılıb və Azərbaycanın enerji sahəsində əlaqələrin inkişafına dəstək verməyə hazır olduğu qeyd edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.