Home » “Azexport” və “E-Mark”ın birgə təşkilatçılığı ilə seminar təşkil olunacaq

“Azexport” və “E-Mark”ın birgə təşkilatçılığı ilə seminar təşkil olunacaq

by Aytac
0 rəy 4 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı və “E-Mark” media agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal dəyişim: e-ticarət və sosial media trendləri” adlı seminar təşkil olunacaq. Seminarda iştirakçılara sosial media trendlərinin tətbiqi, doğru bilinən yanlışlar, habelə yerli və beynəlxalq ticarətdə tətbiq olunan müasir rəqəmsal həll yolları, “Amazon”, “eBay” və “Alibaba” kimi beynəlxalq elektron ticarət platformaları və “Payoneer” rəqəmsal ödəniş sisteminə dair real praktik məlumatlar təqdim olunacaq. Tədbirdə sadalanan platformalar üzrə Azərbaycandan satışlar həyata keçirən şəxslər öz uğur hekayələri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar verəcəklər.

Seminarın sonunda iştirakçılar arasından təsadüfi seçim əsasında seçilən bir nəfərə rəqəmsal ticarət və ödəniş platformalarının iş prinsiplərinin detallı tədris olunduğu bir aylıq mentorluq təliminə cəlb olunma imkanı veriləcək.

Tədbir 19 avqust 2023-cü il saat 11:00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcək. Tədbirdə iştirak üçün qeydiyyat mütləqdir.

Qeydiyyat üçün keçid linki: https://training.ereforms.org/

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.