18 avqust 2023-cü il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.
Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər (siyahı əlavə olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(sığorta vasitəçiləri)
№ | Namizədin adı | Topladığı bal |
1 | Əlirzayeva Fidan Şükür qızı | 74 bal |
2 | Miskərli Abas İlqar oğlu | 89 bal |