Mərkəzi Bankın sədri Taleh Kazımov sentyabrın 13-də Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının baş icraçı direktoru Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
BBN.az xəbər verir ki, görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanları müzakirə edilmişdir.
Ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və bankların gələcək maliyyələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.