Home » Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb

by anar
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Nümayəndəliyinin direktoru xanım Kəndis Makdeyqan ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən dövrdə Nazirlik və AİB arasında uğurlu əməkdaşlıq təcrübəsinin yarandığını bildirib.  Nazir Təşkilatın 2014-2018-ci illər üzrə “Ölkə tərəfdaşlıq strategiyası”, habelə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində Asiya İnkişaf Bankının dəstəyinin gücləndirilməsi” layihəsi çərçivəsində aparılmış birgə işlərin əhəmiyyətini vurğulayıb.

Ölkəmizdə əmək bazarı, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, DOST Konsepsiyası, aktiv məşğulluq proqramları, həssas qrupların rifahına yönəlik sosial müdafiə tədbirləri barədə məlumat verilib.

K.Makdeyqan əmək, məşğulluq və sosial müdafiə sahələrində islahatlar prosesində əməkdaşlığın davam etdirilməsinin önəmini diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.