Home » Gəncədə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-satış yarmarkası keçiriləcək

Gəncədə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-satış yarmarkası keçiriləcək

by anar
0 comments 4 views 1 minutes read

“Gəncəsənət – Payız çalarları” adlı sərgi-yarmarkanın məqsədi sənətkarlıq nümunələrinin inkişafını təşviq etmək, alıcı və sənətkarlar arasında əlaqə yaratmaq və yaradıcı şəxsləri sahibkarlıq fəaliyyətinə təşviq etməkdir. 

Noyabrın 5-də Gəncə şəhərində “Gəncəsənət – Payız çalarları” adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçiriləcək. Məqsəd Gəncə şəhəri və ətraf bölgələrdə müxtəlif növ sənətkarlıq nümunələrinin inkişafını təşviq etmək, alıcı və sənətkarlar arasında birbaşa əlaqə yaratmaqdır.

Tədbir Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Regional Turizm İdarəsi, Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi ilə keçiriləcək.

Gəncə şəhərindəki Qalereya və Urban Mərkəzində (Gəncə Dövlət Filarmoniyasının yaxınlığında) təşkil olunacaq sərgi-yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq. Yarmarka həmçinin, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq olunması məqsədi daşıyır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.