Home » Beynəlxalq Valyuta Fondunun nümayəndələri DOST Agentliyində olub

Beynəlxalq Valyuta Fondunun nümayəndələri DOST Agentliyində olub

by ulviyya
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Valyuta Fondunun (BVF) missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti DOST Agentliyində olub. Ziyarət 1-16 noyabr tarixlərində Fondun nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqlara vətəndaş rahatlığı və məmnunluğuna uyğun sosial xidmətlərin göstərilməsində DOST təcrübəsinin mühüm üstünlükləri barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzi açılıb. DOST konsepsiyası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüdür və bu konsepsiya əsasında sosial sahələr üzrə 159 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

Ötən dövrdə 1 milyon 800 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,1 faizdir.

DOST Agentliyinin bir çox beynəlxalq mükafatlarla təltif edildiyi, tezliklə Moldova Respublikasında DOST modelinin tətbiq ediləcəyi, digər bir sıra ölkələrin də bu təcrübəni tətbiq etməkdə maraqlı olduğu diqqətə çatdırılıb.

Sonda BVF nümayəndələrinin Azərbaycana səfəri müzakirə edilib, qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.