Home » Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib

Aqrar Sığorta Fondu zərər çəkən fermerlərə 2,8 milyon manat ödəniş edib

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycanda aqrar sahədəki təsərrüfatları sığorta edən Aqrar Sığorta Fondu tərəfindən müxtəlif hadisələr nəticəsində sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə ödənişləri artır. Fonddan verilən məlumata görə, 2023-cü ilin 11 ayında ölkədə sığortalanmış fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 742 min manat ödəniş edilib. Təsərrüfatlara edilən ödənişlər eyni zamanda həm bitkiçilik, həm də heyvandarlıq üzrə dəymiş zərərləri əhatə edir.

Hesabat dövründə bitkiçilik təsərrüfatları üzrə 2 milyon 044 min manat, heyvandarlıq təsərrüfatları üzrə isə 698 min manat həcmində sığorta ödənişi edilib. Qeyd edək ki, Aqrar Sığorta Fondu 2021-ci ildə təsərrüfatlara dəyən zərərlər üzrə fermerlərə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat ödəniş edib. Başqa sözlə, 2023-cü ilin 11 ayında həyata keçirilən ödənişlər əvvəlki illərdən daha artıqdır. Buna səbəb ölkədə aqrar sığorta istifadəçilərinin sayının artması, eləcə də qeyri-sabit hava şəraiti və təbiət hadisələrinin çoxalmasıdır.

Xatırladaq ki, dəyən zərərlərə görə aqrar sığorta ödənişləri yalnız sığortalı fermer və təsərrüfatlara edilir. Aqrar Sığorta Fondu tərəfindən əkin sahələri, bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığortalanır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, o cümlədən bitkiçilik və heyvandarlıq təsərrüfatlarının sığortalanması üçün tariflərlə bağlı geniş məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) əldə etmək mümkündür.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.