Home » PAŞA Holding şəhid övladlarını 2024-cü ildə də sığortalayır

PAŞA Holding şəhid övladlarını 2024-cü ildə də sığortalayır

by anar
0 comments 0 views 1 minutes read

2023-cü ildə PAŞA Holding-in “Vətən əmanətlərin keşiyindədir” təşəbbüsü çərçivəsində Vətən Müharibəsi və müharibədən sonrakı təhribatlar zamanı şəhid olan şəxslərin 18 yaşadək övladları holdinqin törəmə şirkəti olan PAŞA Sığorta tərəfindən sığortalanmışdır. Trend.az-a daxil olan məlumata əsasən, sözügedən sığorta xidməti 2024-cü il üçün uzadılmışdır.

Qeyd edək ki, 2023-cü ildə cari sığorta üzrə PAŞA Sığortaya şəhid ailələri tərəfindən ambulator, stomatologiya, aptek xidmətləri, stasionar xidmətlər, təcili yardım xidmətləri, pediatriya, nevrologiya, LOR, oftalmologiya, eləcə də travmatologiya istiqamətləri üzrə müraciətlər daxil olub. Bundan əlavə, əksəriyyəti Gəncə şəhərindən olmaqla, bölgələrdən də müraciət edənlər olub.

Xatırladaq ki, “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində təqdim olunan sığorta paketi 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1700-ə yaxın övladını əhatə edir. Cari sığorta paketi genişləndirilmiş paketdir və stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini də nəzərdə tutur ki, bu da bir çox şirkətlərdə rəhbər şəxslər üçün nəzərdə tutulan imtiyazlara bərabərdir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.