Home » Sosial Xidmətlər Agentliyi 2 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Sosial Xidmətlər Agentliyi 2 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

by anar
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi “TÜV Austria” sertifikatlaşdırma şirkəti tərəfindən 2 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

Agentlik ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi), ISO 10002:2018 (Müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarəedilməsi) üzrə bütün mərhələləri uğurla keçib.

Sertifikatların təqdim edilməsi tədbirində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov  Agentliyin fəaliyyətində ISO  standartlarının  tətbiqinin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, proseslərə hazırlıq və standartların tətbiq edilməsinə bütün işçi heyəti cəlb edilib. Standartlar Agentlikdə İnteqrəedilmiş Menecment Sistemi olaraq tətbiq olunub.

“TÜV Austria Azərbaycan” şirkətinin direktoru Ülkər Quliyeva bildirib ki, qeyd edilən 2 istiqamət üzrə audit zamanı Agentliyin fəaliyyətində heç bir uyğunsuzluq aşkarlanmayıb və bu səbəbdən beynəlxalq sertifikatlara layiq görülüb.

“TÜV Austria” şirkəti ISO 17021 üzrə yerli və beynəlxalq akkreditasiyalara sahibdir və təqdim etdiyi sertifikatlar bütün dünyada tanınır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.