Home » İqtisadiyyat Nazirliyində Sankt-Peterburq hökumətinin üzvü – Xarici Əlaqələr Komitəsinin sədri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Sankt-Peterburq hökumətinin üzvü – Xarici Əlaqələr Komitəsinin sədri ilə görüş keçirilib

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Bakıda Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq hökumətinin üzvü – Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev arasında görüş keçirilib.

Tərəflər dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya biznes dairələrinin səylərininin əlaqələndirilməsi, potensial əməkdaşlıq üçün imkanların dəyərləndirməsi baxımından səmərəli platformadır.

Bildirilib ki, ötən dövr ərzində turizm, təhsil, idman sahələrində əməkdaşlıqla bağlı mühüm işlər görülüb, bununla belə iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivlər var. Tərəflər bu istiqamətdə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, gəmiqayırma, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini, Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsini müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycan və Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin 2-ci rübündə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.