Home » “Könüllü DOST” proqramına ötən dövrdə 4,6 min şəxs cəlb olunub

“Könüllü DOST” proqramına ötən dövrdə 4,6 min şəxs cəlb olunub

by khayale
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 4,3 min müraciət olub və proqrama daha 224 nəfər cəlb edilib.

Proqram fərqli ictimai və yaş təbəqələrini, habelə fəaliyyət sahələrini əhatə edən bir neçə altproqramdan (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” və “Distant DOST” altproqramları) ibarətdir.

DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.

Onlardan böyük əksəriyyəti  gənclərdir və “Könüllü DOST” proqramında iştirak onlara əhəmiyyəti işgüzar vərdişlər, sosial sahədə bilik və təcrübə əldə etmək, fərdi inkişaf, yeni dostlar və karyera yolunda ilk uğurlu addımlar atmaq imkanı yaradır.

DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb, sonralar yeni DOST mərkəzləri yaradılmaqla bu mərkəzlərin sayı 7-yə çatıb.  Ötən dövrdə “Könüllü DOST” proqramına 108 mindən çox müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 4,6 min nəfər təşkil edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.