Home » Kriptovalyuta dəyişmə şirkəti Gemini müştərilərinə 1.1 milyard dollar qaytaracaq

Kriptovalyuta dəyişmə şirkəti Gemini müştərilərinə 1.1 milyard dollar qaytaracaq

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

Kriptovalyuta dəyişmə şirkəti Gemini aidiyyatı tənzimləyici qurumun qərarı ilə müştərilərinə uğursuzluqla nəticələnən proqramdan dolayı 1.1 milyard dollar qaytaracaq.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, eyni zamanda şirkət “əhəmiyyət daşıyan uğursuzluqlarına” görə 37 milyon dollar cərimə ödəyəcək. Əlavə edilib ki, əgər şirkət 1.1 milyard dollar vəsaiti müştərilərinə geri qaytarmasa, bu halda tənzimləyici orqan onlara qarşı növbəti hüquqi addım atacaq.

Bildirilir ki, Gemini-ın proqramı 2022-ci ilin noyabrındakı kriptovaluta bazarında başlayan durğunluqdan dolayı dayanmışdı. Gemini öz bloq postunda isə qeyd edib ki, onlar son 15 aydır müştərilərin pullarını geri qaytarmaqdan dolayı yorulmadan çalışırlar. “Tənzimləyici qərar olduqdan sonra indiki valyuta məzənnəsi ilə müştərilərə 1.8 milyard dollar qaytaracağıq”.

Kriptovalyuta dəyişmə şirkəti əkiz qardaşlar Tyler and Cameron Winklevoss tərəfindən yaradılıb və onlar daha çox Facebook ilə hüquqi müstəvidə olan müzakirələri ilə tanınırlar.

Həmçinin 2023-cü ilin yanvarında Gemini və Genesis ABŞ-ın tənzimləyici qurumu tərəfindən cərimələnib. Səbəb isə yüzminlərlə investora illeqal yollar ilə kripto aktivləri satıblar. Şirkətlər 2021-ci ildə yaradılan Earn üzərindən məhsulun qanunsuz yolla alışı və satışından məsul hesab ediliblər. Bu işə isə hazırda aidiyatı tənzimləyici qurumlar tərəfindən baxılmaqdadır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.