“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 2024-cü ilin 5 aprel – 3 may tarixləri arasında həyata keçiriləcəkdir.
Vətəndaş cəmiyyəti institutu tərəfindən irəli sürülmüş namizəd barədə aşağıdakı sənədlər təqdim edilməlidir:
– Şəxsiyyət vəsiqəsinin surəti;
– Namizədin tərcümeyi-halı;
– Namizədin vətəndaş cəmiyyəti institutununa üzvlüyünü təsdiq edən sənədin surəti;
– Şəxsin təhsil, təlim və sosial dəstək sahəsində təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).
– Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumatı əhatə edən digər sənədlər də təqdim edilə bilər.
İctimai Şuranın üzvlüyünə hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir namizədini irəli sürə bilər.
Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədlərə dair tələblər aşağıdakılardır:
– İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının 16 yaşına çatmış fəaliyyət qabiliyyətli vətəndaşı olması;
– Vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;
– Məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması;
– Barəsində icraatda olan cinayət-mühakimə işinin olmaması.
İctimai şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına seçki komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək, elektron poçt vasitəsilə namizədə məlumat veriləcəkdir.
Yuxarıda qeyd edilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından imtina ediləcək.
İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
Şura üzvlüyünə seçkilərin təşkili və İctimai Şuranın üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 5 nəfər müəyyənləşdirilib.
Namizədlər tələb olunan sənədləri 2024-cü ilin 5 aprel – 3 may tarixlərində (iş günləri) saat 09:00-dan 17:00-dək İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinə, eləcə də info@ezda.edu.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.
Əlavə məlumat üçün telefonlar: (012) 525-39-57, (051) 205-97-52