Home » “akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli olub

“akart” Mərkəzi Bankdan lisenziya alan ilk fintex həlli olub

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Azərbaycan Mərkəzi Bankı “A-Solutions” MMC-yə elektron pul təşkilatı kimi fəaliyyət göstərməsi üçün lisenziya təqdim edib.

BBN.az xəbər verir ki, təşkilatın əsas səhmdarı qismində “Azercell Telekom” MMC çıxış edir.

Beləliklə də, ölkənin telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatlarını, həm də mobil rabitə imkanlarını birləşdirən “akart” bu lisenziyanı alan birinci fintex həlli oldu.

Qeyd edək ki, müştərilərə nağdsız hesablaşma və ödənişləri daha rahat şəkildə yerinə yetirməyə imkan yaradan bu unikal məhsul ilə kartdan karta sürətli pul köçürmələrini, kommunal ödənişləri və digər əməliyyatları yerinə yetirmək mümkündür. Eyni zamanda, “akart”ın “Apple” və “Google Pay” vasitəsilə təmassız ödəniş, ayda 100 AZN-dək keşbek və 10 GB-dək bonus qazanma imkanı, genişlənən partnyor şəbəkəsi və s. kimi üstünlükləri var.

Beləliklə virtual kart əhalinin bank xidmətlərinə çıxışı aşağı olan və ya ümumiyyətlə olmayan qisminə onlayn bankçılıq üçün rahat və sərfəli həll təqdim edir. Həllin məqsədi “akart” vasitəsilə ölkə əhalisinə nağdsız ödəniş vərdişlərini təşviq etməkdir. Bununla da virtual kart Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə və rəqəmsal ekosistemin inkişafına töhfəsini verəcək.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.