2
Müştərilərinə daha yaxın və əlçatan olmaq, eləcə də daha keyfiyyətli xidmət göstərmək
üçün Rabitəbank filiallarını yeni konsepsiyaya uyğunlaşdırmağa davam edir. Bank
müştərilərinin rahatlığı üçün yeni konseptdə və ən müasir bankçılıq texnologiyaları ilə
təchiz olunmuş Lənkəran filialınının açılışını etdi. Filial Lənkəran rayonu, Müzəffər
Nəsirli 11A ünvanında yerləşir.
Qeyd edək ki, yenilənmiş Lənkəran filialında fiziki və hüquqi şəxslərə, həmçinin
sahibkarlara yüksək səviyyədə hər növ bank xidmətləri göstəriləcək. Müştərilər bank
xidmətləri üzrə məsləhətlər ala, hesablar aça biləcəklər. Filialda hesablaşma-kassa
əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, plastik kartlar, pul köçürmələri, valyuta
mübadiləsi və digər bank xidmətləri təklif ediləcək. Eyni zamanda, sahibkarlıq fəaliyyəti
ilə məşğul olan müştərilər biznes kredit məhsulları üçün (mikrokredit, KOB krediti,
korporativ kredit) müraciət edə biləcək, müxtəlif dövlət fondları vasitəsilə banka ayrılmış
güzəştli kredit məhsullarından yararlana biləcəklər.
“Rabitəbank olaraq müştərilərimizin rahatlığı və onlara ən yüksək səviyyədə xidmət
göstərmək bizim əsas prioritetlərimizdən biridir. Bu məqsədlə, Lənkəran filialını ən
müasir bankçılıq texnologiyaları ilə təchiz etmiş və yeni konseptə uyğunlaşdırmışıq. Biz
fiziki, hüquqi şəxslər və sahibkarlar daxil olmaqla, bütün müştərilərimiz üçün rahat və
səmərəli mühit yaratmağı hədəfləyirik. Yenilənmiş filialımızda müştərilərimiz fərdi
yanaşma ilə rahat ofis şəraitində müxtəlif bank xidmətlərindən istifadə edə biləcəklər,” –
deyə Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov bildirib.
Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi sərfəli nağd pul kreditini bankın istənilən
filialından, “Rabita Mobile” tətbiqindən və bankın saytından almaq mümkündür. Onlayn
kredit sifarişi üçün: https://rbt.az/KREDIT-AL
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət
məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot”
çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.