Home » TDAM rəhbəri türk dövlətlərinin yay məktəbində iştirak edir

TDAM rəhbəri türk dövlətlərinin yay məktəbində iştirak edir

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyası üçün yeni dövr” beynəlxalq yay məktəbində iştirak edir. Türk Dövlətləri Təşkilatının (TDT) və İbn Haldun Universitetinin  təşkilatçılığı ilə keçirilən yay məktəbinə TDT-yə üzv dövlətlər, həmçinin ABŞ, Almaniya, İngiltərə, Çin, İran, Rusiya, Hindistan, Polşa, Pakistan, Bolqarıstan daxil olmaqla 20 ölkədən nümayəndələr, alimlər və tədqiqatçılar qatılıblar.

Tədbir çərçivəsində Vüsalə Cəfərova İbn Haldun Universitetinin (İHU) prorektoru Ali Yeşilırmak, İHU-nun Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar Sarı, Ankara Yıldırım Beyazıt Üniversitetinin professoru Ali Avcı və digər ölkələrdən olan tədqiqatçılarla keçirilən görüşdə İİTKM-in fəaliyyəti barədə məlumat verib, türk dövlətlərinin beyin mərkəzləri ilə birlikdə hazırlanan “Türk dövlətləri iqtisadiyyatı” kitabını və İİTKM-in Türk Dünyası Araşdırmaları Mərkəzinin dövri nəşri olan “Türk İqtisadi İcmalı” təqdim edib.

Yay məktəbinin keçirilməsində əsas məqsəd tədqiqatçılara türkdilli ölkələrin tarixi, iqtisadiyyatı, mədəniyyəti haqqında dərin biliklər vermək, mədəniyyətlərarası dialoqu və əməkdaşlığı gücləndirmək, həmçinin gələcək nəsillər arasında daha sıx əlaqələrin qurulmasına, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə töhfə verməkdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.