Home » Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin nümayəndəsi DOST Agentliyində olub

Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin nümayəndəsi DOST Agentliyində olub

by anar
0 comments 0 views 1 minutes read

Macarıstanın Milli İqtisadiyyat Nazirliyinin Avropa İttifaqının Məşğulluq və ESF Proqramları Departamentinin baş layihə məsləhətçisi Tibor Bors Borbeli-Pecze DOST Agentliyində olub.

Qonaq əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub. DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipi ona izah olunub.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev DOST konsepsiyası barədə qonağa məlumat verib. Bildirilib ki, DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 160 növ xidmət göstərilir. DOST konsepsiyasının dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi, beynəlxalq müstəvidə uğurlar qazandığı qonağın diqqətinə çatdırılıb.

Görüşdə əmək və məşğulluq, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər xidmətləri, DOST Agentliyinin könüllülük təcrübəsi, DOST İndeks və başqa mövzularda müzakirələr aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.