Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkaları təşkil olunub.
Bakı Regional Məşğulluq Filialı tərəfindən Bakı şəhərində təşkil olunan yarmarkada 30 müəssisə 250 vakansiya təqdim edib.
Şirvan-Salyan Regional Məşğulluq Filialının Salyan şəhərində təşkil etdiyi məşğulluq tədbirində isə 23 işəgötürən tərəfindən 119 yeni iş yeri vətəndaşlara təqdim olunub.
Yarmarkalarda vakansiyalara müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət ediliblər.
Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə ediblər.