15 noyabr 2024 – cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” üzvləri ilə Yapı və Kredi Bankası A.Ş.-nin Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə Rəhbəri Yasemin Keçelioğlu arasında görüşü keçirilmişdir.
Görüş zamanı ölkəmizdə dayanıqlılıq, ətraf mühitin idarə edilməsi sahəsində həyata keçirilən və ya keçirilməsi planlaşdırılan tədbirlər, eyni zamanda bərpaolunan enerji sahəsində mövcud perspektivlərlə bağlı fikir mübadiləsi aparılmış, Yasemin Keçelioğlu sözügedən mövzu ilə əlaqədar Türkiyə təcrübəsini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.