Home » Bu ilin yanvar-noyabr ayları ərzində 338.621 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-noyabr ayları ərzində 338.621 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

by anar
0 comment 1 views 1 minutes read

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 338.621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 58.812-si (17,4%) ilkin, 279.809-u isə (82,6%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2024-cü ilin 11 ayında fərdi yaşayış və bağ evi üzərində – 57.225, mənzil üzərində – 78.347, torpaq sahəsi – 191.204, qeyri-yaşayış binası – 3.114, qeyri-yaşayış sahəsi – 7.940, əmlak kompleksi – 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 88.494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-noyabr ayları ərzində 255.838 texniki pasport tərtib edilib, 67.648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.