Home » İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

by Zeyneb
0 comments 3 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İsveçrə Milli Bankının sədri cənab Martin Şlegel ilə Azərbaycana ilk işgüzar səfərində görüşməkdən məmnun olduq.

Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq.

Görüşdə həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”-paylaşımda qeyd edilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.