Home » BBN.az komandasına Jurnalist – İqtisadçı axtarılır – VAKANSİYA

BBN.az komandasına Jurnalist – İqtisadçı axtarılır – VAKANSİYA

by Zeyneb
0 comments 26 views 1 minutes read

VAKANSİYA: Jurnalist – İqtisadçı

📍 İş yeri: Bakı şəhəri, World Business Center
🕒 İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
📅 İstirahət günləri: Şənbə və Bazar

BBN.az – Biznes və Maliyyə Xəbərləri Portalı komandasına iqtisadi yönümlü jurnalist–iqtisadçı axtarır!

💼 İş barədə məlumat:

  • İqtisadiyyat, maliyyə və bankçılıq sahəsində xəbərlərin, analitik məqalələrin və araşdırma materiallarının hazırlanması
  • Müsahibələrin təşkili, müsahibə suallarının hazırlanması, müsahibələrin aparılması və yazılı material halına salınması
  • Mövzu üzrə gündəmin daim izlənilməsi və operativ informasiyaların işlənməsi
  • Redaksiya tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli icrası
  • Redaktə və mətn üzərində işləmə bacarığı, materialların üslub və dil qaydalarına uyğunlaşdırılması
  • Jurnalistlər və media nümayəndələri ilə gündəlik əlaqələrin qurulması və əlaqələrin idarə olunması
  • Media sorğularının cavablandırılması və münasibətlərin koordinasiyası

🔍 Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə və ya jurnalistika sahəsində ali təhsil
  • İqtisadi və maliyyə yönümlü məqalələr yazmaq bacarığı
  • Analitik düşüncə və informasiyanı aydın çatdırma qabiliyyəti
  • Redaksiya qaydalarına uyğun işləmək, mətni dil və üslub baxımından təkmilləşdirmək bacarığı
  • Kollektivlə işləmək və tez uyğunlaşmaq bacarığı
  • Müsahibə götürmək və işləmək bacarığı
  • Azərbaycan dilində sərbəst yazmaq, İngilis və Rus dillərini bilənlərə üstünlük verilir
  • Media sahəsində maraq və peşəkarlığa meyl
  • Müasir axtarış sistemləri, süni intellekt alətləri (məsələn, Google Chrome, ChatGPT və s.) ilə işləmə bacarığı
  • Media monitorinqi aparmaq bacarığı və aktual mövzuların gündəmə gətirilməsi

📨 Müraciət üçün:
Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi vəzifə adı göstərilməklə redaktor@bbn.az email adresinə göndərə bilərsiniz.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.