1

21 Avqust 2025-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2499024704 dövlət qeydiyyat nömrəli 5,000,000 manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Notlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitent | Azərbaycan Respublikasının Mərkəzi Bankı |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2499024704 |
| Notun müddəti | 252 gün |
| Notun növü | Diskontlu |
| Emissiya həcmi | 5,000,000 AZN |
| Notun miqdarı | 50 ədəd |
| Nominal | 100,000 AZN |
| Minimal qiymət | 95,176.4572 (7.24%) AZN |
| Maksimal qiymət | 95,233.5603 (7.15%) AZN |
| Kəsmə qiyməti | 95,208.1727 (7.19%) AZN |
| Ortaçəkili qiyməti | 95,223.9130 (7.17%) AZN |
| Reallaşdırılmış həcmi | 5,000,000 AZN |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 14,100,000 AZN |
| İnvestor sayı | 4 |
| Sifariş sayı | 4 |
| Notun ödəniş tarixi | 30.04.2026 |






