Home » Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

by yunus
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar–avqust aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 83 milyard 037,8 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 % artım deməkdir.

BBN.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalarkən, qeyri-neft-qaz sektorunda əksinə 2,6 % artım qeydə alınıb.

ÜDM istehsalının 34,9 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 111,3 manata bərabər olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.