Home » Azərbaycanda birbaşa xarici investisiyalar üzrə $712.1 mln. kəsir yaranıb

Azərbaycanda birbaşa xarici investisiyalar üzrə $712.1 mln. kəsir yaranıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

BBN.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycanda birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 516,3 mln. ABŞ dolları artmış, xalis maliyyə öhdəlikləri isə 195,8 mln. ABŞ dolları azalmışdır.

Hesabata görə, birbaşa xarici investisiyaların ümumi həcmi xaricdən cəlb olunmuş sərmayələr üzrə 3,2 mlrd. $, xarici iqtisadiyyata yönəldilmiş investisiyalar üzrə isə 1,3 mlrd. $ təşkil edib. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 712,1 mln. $ kəsir yaranıb.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77,2% olub. 2025-ci ilin ilk 6 ayında tədiyə balansında neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-652,2 mln. $) azalması, həmin sektora cəlb olunmuş investisiya (2 488,6 mln. $) ilə kapitalın repatriasiyası (3 140,8 mln. $, əsasən beynəlxalq neft-qaz konsorsiumlarının payına düşən xam neft və təbii qaz şəklində kapital repatriasiyası) arasındakı fərqdən formalaşıb.

Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 25,4% artaraq 733,9 mln. $ olmuşdur ki, bunun 240,4 mln. $-ı ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlıdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.