Home » Azərbaycanda günəş panellərinin effektivliyi 25%-ə çatıb

Azərbaycanda günəş panellərinin effektivliyi 25%-ə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Azərbaycanda günəş panellərinin effektivliyi hazırda təxminən 25% təşkil edir.

BBN.az xəbər verir ki, bu barədə “Provitaz LLC” şirkətinin təsisçisi və baş icraçı direktoru Emin Məmmədov Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya”  tədbirində məlumat verib.

Onun sözlərinə görə, bərpa olunan enerji sektorunda günəş panellərinin rolu getdikcə artır:
“Panellərin effektivliyi çox vacibdir. Ən son texnologiyalara əsaslanan panellərin istifadəsi tələb olunur. Müştərilər bəzən panellər arasındakı fərqi görmürlər, biz isə onları bu fərqlər barədə maarifləndirməliyik. Hazırda günəş panellərinin səmərəliliyi 25%-ə yaxınlaşıb. Halbuki 2013-cü ildə bu göstərici maksimum 15% idi.”

Emin Məmmədov əlavə edib ki, son on ildə inverter texnologiyalarında da ciddi irəliləyişlər əldə olunub:
“İndi inverterlərin şəbəkə ilə inteqrasiyası ən vacib məsələlərdən biridir.”

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.