Home » AMB pul siyasəti xarici təsirləri neytrallaşdırmaq üçün 1 həftəlik OMO-ları gücləndirib

AMB pul siyasəti xarici təsirləri neytrallaşdırmaq üçün 1 həftəlik OMO-ları gücləndirib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) əsasən 1 həftəlik açıq bazar əməliyyatları (OMO) vasitəsilə pul siyasətindən kənar amillərin AZIR indeksinə təsirini minimuma endirib. Bu barədə məlumat qurum tərəfindən açıqlanıb.

AMB bildirir ki, pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və maliyyə bazarlarındakı proseslər nəzərə alınmaqla tətbiq edilir. Maliyyə Nazirliyinin depozit hərraclarının davam etməsi isə bank sistemində likvidliyə artırıcı təsir göstərməkdədir.

Ötən iclasdan bu yana təminatsız pul bazarında faizlər AMB-nin faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın formalaşıb. AZIR indeksinin orta gündəlik səviyyəsi oktyabrda 6,89%, noyabrda 6,91%, dekabrda isə 6,94% təşkil edib.

Mərkəzi Bank qeyd edir ki, son iclasdan sonra gəlirlilik əyrisində və AMB notları üzrə gəlirlilikdə azalmalar müşahidə olunub. Depozit və kredit faizlərində isə əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.