
Asiya İnkişaf Bankı (ADB) Azərbaycana dair yenilənmiş iqtisadi proqnozunu açıqlayıb. Qurum ölkədə inflyasiyanın yaxın dövrdə də nəzarətdə qalacağı qənaətindədir.
Məlumata əsasən, ehtiyatlı makroiqtisadi siyasət və əmtəə qiymətlərinin nisbi sabitliyi fonunda qiymət artımları məhdud səviyyədə qalır. Bu isə inflyasiya təzyiqlərinin idarəolunan olmasını təmin edir.
ADB bildirir ki, 2025-ci ildə iqtisadi artım aşağı templərlə davam edəcək. Proqnozlara görə, bunun başlıca səbəbi enerji sektorunda mövcud olan struktur çətinliklərdir. Buna baxmayaraq, ölkədə ümumi makroiqtisadi sabitlik qorunur və inflyasiya riskləri nəzarət altında saxlanılır.




