Home » Azərbaycanın kapital və maliyyə hesabında 4 milyard dollardan çox mənfi saldo yaranıb

Azərbaycanın kapital və maliyyə hesabında 4 milyard dollardan çox mənfi saldo yaranıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabı üzrə mənfi saldo 4 milyard 63,4 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ölkədən kapital və maliyyə axınının həcmini əks etdirir.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib.

Onun sözlərinə görə, 9 ay ərzində Azərbaycanın xalis maliyyə aktivləri 4 milyard 479,3 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 415,9 milyon ABŞ dolları artıb.

AMB rəsmisi bildirib ki, hesabat dövründə birbaşa xarici investisiyalar üzrə xalis kəsir təxminən 1,2 milyard ABŞ dolları olub. Bu müddətdə Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb edilsə də, ölkədən 5 milyard ABŞ dolları məbləğində kapital repatriasiyası həyata keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.